...

Azərbaycanda birja valyuta bazarının dövriyyəsi 2010-cu ildə 883 milyon dollar artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2011 16:56 (UTC +04:00)
Azərbaycan Beynəlxalq bankı 2010-cu ilin dekabrında USD/AZN_TOD aləti üzrə Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində ticarətin yekunları üzrə siyahıya rəhbərlik edib.
Azərbaycanda birja valyuta bazarının dövriyyəsi 2010-cu ildə 883 milyon dollar artıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Azərbaycan Beynəlxalq Bankı 2010-cu ilin dekabrında USD/AZN_TOD aləti üzrə Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində ticarətin yekunları üzrə siyahıya rəhbərlik edib. Bu barədə birjanın cümə günü yayılan məlumatında bildirilir.

Təşkil olunmuş valyuta bazarının aparıcı dilerləri sırasına ASB, Unibank, Expressbank və Bank Silk Way daxil olub.

Buna müvafiq olaraq 2010-cu ilin dekabrında birja bazarının aparıcı operatorları olan bankların siyahısı aşağıda göstərilir:

Banklar

Ümumi həcmdən %-lə

Azərbaycan Beynəlxalq Bankı

35,05%

ASB

14,61%

Unibank

4,43%

Expressbank

3,23%

Bank Silk Way

3,01%

Bu məlumatda Azərbaycan Mərkəzi Bankının əqdləri nəzərə alınmır.

Ümumi hesabda 2010-cu ilin dekabr ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 20 bank iştirak edib. Həmin dövrdə keçirilən 44 ticarət bölməsində 56 əqd qeydə alınıb. Hesabat ayında valyuta bölməsində UZD/AZN üzrə hərracların həcmi 111,28 milyon manat və ya dollar ekvivalentində 139,53 milyon təşkil edib.

Noyabr ayının göstəriciləri ilə müqayisədə hesabat ayında valyuta bölməsində ümumi ticarət həcmi 29,5 milyon dollar və yaxud 21 faiz azalıb.

Ticarətin elektron birja sistemində hər bir hərracın orta həcmi 6,342 milyon dollar təşkil etdiyi halda, USD/AZN üzrə orta günlük dövriyyə təxminən 2,492 milyon dollara çatıb.

2010-cu ilin yekunlarına əsasən, valyuta bölməsi ticarətinin ümumi həcmi 710, 502 milyon manat təşkil edib.

Ticarətin elektron birja sistemində ABŞ dolları ilə ticarətin ümumi həcmi 708,086 milyon manat (883,569 milyon dollar) olub.

2010-cu ildə EUR/AZN alətləri üzrə ticarətin həcmi 2,416 milyon manat təşkil edib (2,404 milyon EUR).

Ötən il BEST sistemində ümumilikdə 30 bankın iştirak etdiyi 484 ticarət sessiyası keçirilib.

Hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsi 0,3% azalıb - 1 USD-yə görə 0,7991 manatdan 0,7991 manata qədər. Nəticədə milli valyutanın ABŞ dollarına nisbətdə orta ölçülü birja məzənnəsi dekabr ayında 0,7975 manata bərabər olub, halbuki 2010-cu ilin noyabr ayında bu göstərici 0,7993 AZN təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti