...

Azərbaycanın Aran iqtisadi rayonunun sahibkarlarına güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2011 11:34 (UTC +04:00)
Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bərdə və ona yaxın rayonların 42 sahibkarına güzəştli şərtlərlə 1,791 milyon manat kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Azərbaycanın Aran iqtisadi rayonunun sahibkarlarına güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bərdə və ona yaxın rayonların 42 sahibkarına güzəştli şərtlərlə 1,791 milyon manat kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Bu vəsaitlər hesabına layihələrin həyata keçirilməsi 130-dan çox yeni iş yerinin açılmasına imkan verir, məlumatda deyilir. Tədbir Bərdə rayonunda 250-yə yaxın sahibkarın iştirakı ilə keçirilib.

Tədbir çərçivəsində iştirakçılar illik istehsal gücü 1600 ton quş əti olan quşçuluq (broyler) təsərrüfatında və "Rəşad" İstehsalat Kommersiya Firmasının illik istehsal gücü 6,8 min ton olan çörək məhsulları istehsalı müəssisəsində, Tərtər rayonunda "Abşeron" Kənd Təsərrüfatı Məhsullarının İstehsalı Müəssisəsində illik istehsal gücü 7 milyon ədəd damazlıq yumurta olan quşçuluq (broyler) təsərrüfatında və sahibkar İlqar Vəliyevin inşa etdirdiyi, tutumu 3 min ton olan müasir soyuducu anbar kompleksində, Ağcabədi rayonunda "Atropatena" QSC-nin 1000 başlıq südlük cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə, Ağdam rayonunda "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin 450 başlıq südlük cins iribuynuzlu müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.

Sonra Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanılması üçün müasir soyuducu anbar kompleksinin (ümumi tutumu 5 min ton) və yeni texnologiyaların tətbiqi ilə müasir ət kəsimi və emalı müəssisələrinin (ümumi tutumu 5 min ton) yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilib.

2010-cu ildə Fond tərəfindən demək olar ki, 100 faizi regionlarda olmaqla sahibkarların 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat həcmində güzəştli kreditlər ayrılıb. Bu il isə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 125 milyon manat güzəştli kreditin ayrılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti