...

Azərbaycan, Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində dəmir yolunun tikintisi perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2011 19:36 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti üçtərəfli (Azərbaycan, Rusiya, İran) görüşdə iştirak edib. Bu barədə bazar ertəsi QSC-nin məlumatında deyilir.
Azərbaycan, Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində dəmir yolunun tikintisi perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 31 yanvar/Trend/

"Azərbaycan Dəmir Yolları" QSC "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti üçtərəfli (Azərbaycan, Rusiya, İran) görüşdə iştirak edib. Bu barədə bazar ertəsi QSC-nin məlumatında deyilir.

Görüş çərçivəsində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisi ilə bağlı birgə müəssisənin təsis edilməsi, tikintinin layihələndirilməsi və digər məsələlər müzakirə edilib.

İclas yanvarın 31-dən fevralın 1-dək keçirilir. İclasda QSC-ni sədr müavini İqbal Hüseynov təmsil edib.

Azərbaycan ərazisində işlərin həcmi Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmiryol xəttinin, təkirlərin dəyişdirilməsi üçün sistem stansiyalarının, sərhəd və gömrük infrastrukturunun tikintisini nəzərdə tutur. Sərhəd dəmiryol körpüsünü də tikmək lazımdır, lakin bu layihə İranla paritet əsasda həyata keçiriləcək.

Bu dəhlizlə yüklərin daşınması birinci mərhələdə ildə 5 milyon ton, gələcəkdə isə ildə 10-15 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti