...

Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir - DSMF

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 11:30 (UTC +04:00)
Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir
Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir - DSMF

Azərbaycan, Bakı, 02 fevral /Trend, müxbir Ü.İSmayılova/  Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həyata keçirdiyi tədbirlər nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan çərşənbə günü Trend-ə bildiriblər ki,  Azərbaycanda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə hazırda Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə ümumilikdə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib.

Məlumata görə, 2010-cu ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri gücləndirilib və kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Nəticədə il ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 10 363 nəfər artıb.

Xəbər lenti

Xəbər lenti