...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi vətəndaşların müraciət imkanlarını sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2011 19:33 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi vətəndaşların videoqəbuluna başlanılmasını elan edib. Trend-in məluamtına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi vətəndaşların müraciət imkanlarını sadələşdirib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi vətəndaşların videoqəbuluna başlanılmasını elan edib. Trend-in məluamtına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Videoqəbulun təşkil edilməsində məqsəd vətəndaşların nazirliyə müraciət etmək imkanlarını sadələşdirmək, xüsusilə də regionlarda və respublikadan kənarda yaşayanlar üçün nazirliyin inzibati binasına gəlmədən İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə, eləcə də digər vəzifəli şəxslərinə birbaşa müraciət etmək imkanı yaratmaqdır", - məlumatda deyilir.

Videoqəbul olunmaq istəyənlər www.economy.gov.az saytında "Nazirliklə canlı əlaqə" bölməsinə daxil olmalı (http://economy.gov.az/videoalaqa/), bu bölmədə yerləşdirilmiş videoəlaqənin yaradılması və canlı bağlantı qaydaları ilə tanış olmalıdırlar.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə və nazirliyin digər vəzifəli şəxslərinə müəyyən olunmuş qəbul günlərində canlı bağlantı vasitəsilə müraciət edə bilərlər. Qəbul günləri barədə məlumat İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet səhifəsində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti