...

Əmlak Məsələləri Dövlət Komitəsi Bakıdakı yararsız tikililərin sökülməsi üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 12:20 (UTC +04:00)
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Bakının Səbail rayonu ərazisindəki (Əl Oyunları Sarayı və Gəmi təmiri zavodu arasında) yararsız tikililərin sökülməsi üzrə açıq tender elan edib.
Əmlak Məsələləri Dövlət Komitəsi Bakıdakı yararsız tikililərin sökülməsi üzrə tender elan edib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Bakının Səbail rayonu ərazisindəki (Əl Oyunları Sarayı və Gəmi təmiri zavodu arasında) yararsız tikililərin sökülməsi üzrə açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının cümə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tender çərçivəsində yararsız tikililərin sökülməsi, istifadə üçün yararlı olan əmlakın anbarlara vurulması, ərazinin tullantılardan təmizlənməsi, ərazidə mövcud olan kommunikasiya xətlərinin sökülməsi üzrə işlər görüləcək.

Tenderdə iştirakın qiyməti 1000 manatdır. Seçim zamanı üstünlük işlərin qısa müddət ərzində görülməsi üçün minimum qiymətləndirmə təklif edən və analojı iş təcrübəsinə malik iddiaçılara veriləcək.

Tender proseduru 2011-ci il aprelin 29-da Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti