Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir N.İsmayılova/
2010-cu ildə Azərbaycana müxtəlif donor ölkələr və beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən texniki yardım göstərilib, 23 layihə və proqramın həyata keçirilməsinə ümumi məbləği 28,5 milyon dollar olan qrant ayrılıb. Bu barədə hökumətin parlamentə təqdim etdiyi 2010-cu ilin yekunları üzrə hesabatında deyilir.
Azərbaycan regionda həyata keçirilən proqram, qrant və texniki yardım layihələrində də iştirak edir. Belə ki, 2010-cu ildə Azərbaycan ümumi məbləği 17,3 milyon dollar olan beş regional layihənin həyata keçirilməsinə qoşulub.