...

Liviyanı təcili tərk edən gəmidə bir Azərbaycan vətəndaşı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 15:06 (UTC +04:00)
Dünən gecə Liviyanı tərk edə bilmiş "Vasilos N" gəmisində altı gürcü dənizçiləri ilə yanaşı, üç Rusiya və bir Azərbaycan vətəndaşı var.
Liviyanı təcili tərk edən gəmidə bir Azərbaycan vətəndaşı var

Gürcüstan, Tbilisi, 10 mart/Trend, müxbir N.Kirsxaliya/

Dünən gecə Liviyanı tərk edə bilmiş "Vasilos N" gəmisində altı gürcü dənizçiləri ilə yanaşı, üç Rusiya və bir Azərbaycan vətəndaşı var. Bu barədə Trend-ə Gürcüstan Dəniz Administrasiyasından məlumat verilib. İndi gəmi Maltanın Valetta limanındadır.

Valettadakı dənizçilərlə Gürcüstanın İtaliyadakı konsulu əlaqə yaradıb. Konsul onlara lazımi hüquqi yardım göstərəcək.

Dənizçilər naviqasiya qurğuları olmadan Malta limanına çata biliblər, belə ki, gəmidəki bütün kommunikasiya sistemləri sıradan çıxarılmışdı.

Altı gürcü, üç rus və bir azərbaycanlı ötən həftə Liviyadan evakuasiya olmalarını tələb ediblər. Onların sözlərinə görə, Misuratdakı limanın ərazisi ağır artilleriyadan atəşə tutulub və dənizçilərin həyatı təhlükə altında olub.

İtaliya bayrağı altında üzən "Vasilos N" gəmisi 2010-cu ilin aprelində 46 ton sementlə Türkiyədən Liviyaya gedərkən güclü fırtınaya düşüb. Nəticədə yükün bir hissə korlanıb. Liviyadakı mal alıcısı korlanmış yükə görə ödəniş etməkdən imtina edib.

Dənizçilər gəmi sahiblərini gözləyərək ölkədə qalıblar və əməkhaqlarının ödənilməsini tələb ediblər. 2010-cu ilin dekabrında onlar qida çatışmazlığı ilə bağlı kömək göstərilməsi xahişi ilə müraciət ediblər. Dənizçilər onların payına düşən pul vəsaitlərini hələ də ala bilməyiblər.

Xəbər lenti

Xəbər lenti