...

Vaşinqtonda Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinin təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbayvcan günləri çərçivəsində "Neft gəlirlərinin idarə olunması və şəffaflıq" mövzusunda təqdimat keçirib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cümə axşamı yaydığı məlumatında deyilir.

Mövsümovun sözlərinə görə, fondda toplanan vəsait ölkənin sosial-iqtisadi irəliləyişi ilə bağlı əhəmiyyətli ümummilli layihələrin, ölkə qarşısında duran vacib məsələlərin həllinə və prioritet istiqamətlərin maliyyələşdirilməsinə yönəldilir.

Bir az əvvəl ARDNF rəhbərinin Trend-ə dediyi kimi, neft və qaz satışından əldə olunan gəlirlərin səmərəli idarə olunması nəticəsində 10 il ərzində fondun vəsaitləri 84 dəfə artıb.

"Əgər 2001-ci ildə Neft Fonduna cəmi 271 milyon dollar vəsait toplanmışdısa, 2011-ci il yanvarın 1-də fondun aktivləri 22,8 milyard dollara çatıb", - Mövsümov deyib.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti