...

Azərbaycanda magistrlər üçün "Vergilər və iqtisadi inkişaf" mövzusunda müsabiqə elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2011 16:39 (UTC +04:00)
"Azərbaycanın vergi xəbərləri" nəşri iqtisadi ixtisaslar üzrə ölkənin ali məktəblərinin magistrləri arasında ümummilli lider Heydər Əliyevin 80 illiyinə həsr edilən "Vergilər və iqtisadi inkişaf" mövzusunda müsabiqə elan edib.
Azərbaycanda magistrlər üçün "Vergilər və iqtisadi inkişaf" mövzusunda müsabiqə elan edilib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyinin aylıq "Azərbaycanın vergi xəbərləri" nəşri iqtisadi ixtisaslar üzrə ölkənin ali məktəblərinin magistrləri arasında ümummilli lider Heydər Əliyevin 80 illiyinə həsr edilən "Vergilər və iqtisadi inkişaf" mövzusunda müsabiqə elan edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Müsabiqədə iştirak üçün aşağıdakı istiqamətlər üzrə referatlar təqdim edilə bilər:

1. Azərbaycanda vergi sisteminin tarixi;

2. Azərbaycan iqtisadiyyatının inkişafında vergi siyasətinin rolu;

3. Azərbaycanda vergidən yayınma ilə mübarizə təcrübəsi.

Müsabiqə qalibləri aşağıdakı mükafatları alacaq:

I yer - 250 mаnat;

II yer - 150 mаnat;

III yer - 100 маnat.

Müsabiqədə iştirak üçün azı 30 min simvollu referatları dərc edilmiş və elektron şəkildə (diskdə Times New Roman şrifti ilə) aprelin 29-dək iş günlərində saat 10:00-dan 18:00-dək Bakı şəhəri, Landau küçəsi, 16 ünvanına (Vergilər Nazirliyinin inzibati binası) və ya [email protected][email protected] elekton ünvanlarına göndərmək lazımdır.

Müsabiqənin yekunları mayın 6-da elan ediləcək.

Referatların yazılması ilə bağlı metodiki göstərişləri www.anl/el/m/mt.pdf internet səhifəsində əldə etmək olar.

Əlavə məlumat üçün 403 88 56 və 403 87 87 telefon nömrələrinə müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti