...

Dünya Bankı ilə Azərbaycanın birgə iqtisadi araşdırmalar proqramı payızadək təsdiqlənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir N.İsmayılova/

Dünya Bankının (DB) Azərbaycan hökuməti ilə birlikdə işləyib hazırladığı birgə iqtisadi araşdırmalar proqramı (Joint economic research) ölkənin uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumun keçiriləcəyi vaxta qədər təsdiqlənəcək. Bu barədə cümə axşamı Trend-ə bankın Bakı nümayəndəliiyndən məlumat veriblər.

"Hazırda Mərkəzi Bankla, Maliyyə Nazirliyi və hökumətlə bağlanacaq memorandum hazırlanır. Proqrama forumda müzakirə olunacaq maraq doğuran müxtəlif mövzular daxil ediləcək. Ona görə də belə proqramın bu ilin payızında keçiriləcək forum üçün əsas olması vacibdir", - nümayəndəlikdən bildiriblər.

Proqramın maliyyələşdirilməsi hökumətin və DB-nin vəsaitləri hesabına həyata keçiriləcək. Proqram üç il üçün nəzərdə tutulub, hər il üçün tədqiqat üzrə ayrı-ayrı istiqamətlər müəyyən ediləcək. Proqramın həyata keçirilməsi çərçivəsində ölkədəki iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələr veriləcək və qərarlar qəbul ediləcək.

Birgə iqtisadi araşdırmalar proqramı ölkə üçün əhəmiyyətlidir və qeyri-neft sektorunun institusional inkişafı və şaxələndirilməsinə təkan verəcək.

Xəbər lenti

Xəbər lenti