...

Neftin qiymətlərinin artması Azərbaycanın büdcə balansının sabitliyinə imkan yaradır - DB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2011 15:13 (UTC +04:00)
2011 -ci ildə Avropa və Mərkəzi Asiya regionunun (AMA) iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrində artım gözlənilir. Lakin bu ölkələrdən bəziləri ərzaq və enerji daşıyıcılarının qiymətlərinin artmasına daha həssas olacaqlar.
Neftin qiymətlərinin artması Azərbaycanın büdcə balansının sabitliyinə imkan yaradır - DB

Azərbaycan, Bakı , 16 aprel / Trend , müxbir N.İsmayılova /

2011 -ci ildə Avropa və Mərkəzi Asiya regionunun (AMA) iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrində artım gözlənilir. Lakin bu ölkələrdən bəziləri ərzaq və enerji daşıyıcılarının qiymətlərinin artmasına daha həssas olacaqlar. Bu barədə dünən Dünya Bankının (DB) AMA regionunda strategiya və əməliyyatlar üzrə direktoruTeodor Alers DB və BVF-in yaz sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib. Bu barədə bankın şənbə günü məlumatında deyilir.

" 2010-cu ildə göstərilən region ölkələrinin əksəriyyətində iqtisadi artım 2008-ci və 2009-cu iilərdəki kəskin tənəzzüldən sonra dirçəlib. Bununla yanaşı, 2010-cu ildə artımın 4,5 faiz səviyyəsində illik templəri dünyanın digər regionlarındakı artım templərindən xeyli geri qalıb, 2011-2013-cü illər üzrə proqnozlar isə yalnız bəzi yaxşılaşmaların olacağını ehtimal edir", - Alers bildirib.

2011-ci ildə bütün region ölkələrində artım gözlənilir, hərçənd ki, Mərkəzi və Cənub-Şərqi Avropada xammalın yüksək qiymətləri nəticəsində xalis ixrac, miqrantlardan pul göstəricilərinin və əhalinin daxili tələbat üzrə göstəricilərinin artacağı MDB ölkələrinə nisbətən daha yavaş olacaq.

Dünyada ərzaq və enerji daşıyıcılarının qiymətlərinin artması xammal ixracatçısı olan ölkələr üçün əlavə imkanlar deməkdir. Dünyada hasil olunan bütün neftin ümumi həcminin 15 faizinin çıxarıldığı Azərbaycan, Qazaxıstan və Rusiya kimi iri neft ixracatçıları qiymət artımlarından udurlar ki, bu da iqtisadi artıma, cari ödəniş əməliyyatlarının vəziyyətinin yaxşılaşmasına və bu ölkələrdəki büdcə balansının sabit olmasına kömək edir. Eyni zamanda ərzaq və enerji daşıyıcılarının qiymətlərinin artması "xalis" idxalçılar olan bəzi ölkələr, xüsusilə Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova və Tacikistan üçün əlavə zəiflik mənbəyi yaradır.

DB-nin iqtisadiyyat məsələləri üzrə müşaviri və "Avropa və Mərkəzi Asiya ölkələrində ərzaq və enerji daşıyıcılarının qiymətlərinin artması" məruzəsinin baş müəllifi Rumin İslamın sözlərinə görə, AMA ölkələrində ərzaq malları və enerji daşıyıcılarının istehsalı həm regional, həm də dünya bazarı üçün böyük önəm kəsb edir. AMA ölkələrindən buğda ixracı orta hesabla dünyadakı ümumi buğda istehsalının 25 faizini təşkil edir. Region ölkələri əkin sahələrinin artırılması hesabına buğda istehsalının, eləcə də məhsuldarlığın artırılması hesabına iki dəfə artıra bilərlər. Məhsuldarlığın və istehsalın artırılmasını süni suvarmanın, nəqliyyatın və məhsulun saxlanması hesabına artırmaq olar.

"AMA ölkələri enerji daşıyıcılarınnı dəyərinin artımı fonunda öz qiymətyaratma siyasətlərində islahatlar aparmalı və öz iqtisadiyyatlarının enerjitutumluluğunun xüsusi çəkisini azaltmalıdırlar. Neft və qazın qiymətlərinin artması regionun kəsirin onsuz da yüksək olduğu bəzi ölkələrində ticarət balansında kəsirin artmasına gətirib çıxaracaq", - mütəxəssis bildirib.

Xəbər lenti

Xəbər lenti