...

Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını 3 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 19:48 (UTC +04:00)
Azərbaycanın sığorta şirkəti "Rəvan Sığorta" nizamnamə kapitalını səhmlərin nominalının dəyişdirilməsi vasitəsilə 33,3 faiz artırır.
Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını 3 dəfə artırır

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Rəvan Sığorta" nizamnamə kapitalını səhmlərin nominalının dəyişdirilməsi vasitəsilə 33,3 faiz artırır.

Şirkət Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) ümumi məbləği 4 milyon manat olan adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyatdan keçirib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 40,8 manat olan 98 040 səhm buraxılıb.

Bu emissiyanın yerləşdirilməsi əvvəllər 30,60 manat dəyərində yerləşdirilən sənədsiz səhmlərin konvertasiya yolu ilə yerləşdiriləcək.

Səhmlərin nominal dəyərinin artırılması nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı indiki 3 milyon manatdan 4 milyon manatadək artacaq.

"Rəvan Sığorta" (əvvəlki adı "Star Alyans Sığorta") sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1998-ci ildən fəaliyyət göstərir. 2007-ci ildə şirkət "Nurgün Şirkətlər Qrupu"nun "Ifsen group" səhmdarlarına satılıb. "Rəvan Sığorta" sığortanın iki icbari və 19 könüllü növü üzrə xidmət göstərir.

Mayın 18-nə olan rəsmi məzənnə 0,7905 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti