...

Sahibkarlar üçün "Azərbaycan Korporativ İdarəetmə Standartları" ilə bağlı ilk tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 18:55 (UTC +04:00)
Azərbaycan regionlarında fəaliyyət göstərən sahibkarların "Azərbaycan Korporativ İdarəetmə Standartları" ilə bağlı məlumatlandırılması, həmçinin standartların tətbiqinin təşviqi məqsədilə tədbirlərə başlanılıb.
Sahibkarlar üçün "Azərbaycan Korporativ İdarəetmə Standartları" ilə bağlı ilk tədbir keçirilib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan regionlarında fəaliyyət göstərən sahibkarların "Azərbaycan Korporativ İdarəetmə Standartları" ilə bağlı məlumatlandırılması, həmçinin standartların tətbiqinin təşviqi məqsədilə tədbirlərə başlanılıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 1-də Şəki şəhərində nazirliyin təşkilatçılığı ilə "Azərbaycan Korporativ İdarəetmə Standartları" ilə bağlı ilk tədbir keçirilib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Korporativ İdarəetmə Standartlarının təqdimatı ilə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bu standartların tətbiqinin sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsi olduğunu bildirib, şirkətlərin səmərəli, daha şəffaf idarə olunması üçün optimal fəaliyyətin təşkilinə yardım edəcəyini vurğulayıb. Bildirilib ki, standartların tətbiqi həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması üçün şərait yaradacaq, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsində yardımçı olacaq, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına şərait yaradacaq.

"Azərbaycan Korporativ İdarəetmə Standartları" ilə bağlı sahibkarların maarifləndirilməsi üçün tədbirlər digər rayonlarda da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti