...

"Bank of Baku" tibb işçiləri üçün yeni aksiyaya start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 20:12 (UTC +04:00)
"Bank of Baku" 17 İyun - Azərbaycan tibb işçilərinin peşə bayramı münasibətilə səhiyyə sahəsində çalışan bütün əməkdaşları təbrik edir və yeni aksiyaya start verir.
"Bank of Baku" tibb işçiləri üçün yeni aksiyaya start verir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Bank of Baku" 17 İyun - Azərbaycan tibb işçilərinin peşə bayramı münasibətilə səhiyyə sahəsində çalışan bütün əməkdaşları təbrik edir və yeni aksiyaya start verir. Belə ki, bu əlamətdar gün ilə əlaqədar bank bütün tibb işçilərinə istehlak və pul kreditlərində 2% endirim elan edir.

İndi səhiyyə sahəsində çalışan hər kəs bankın "Tibb işçiləri üçün layihə"si çərçivəsində bayram endirimlərindən faydalana bilər.

Kampaniya 17 iyun - 17 iyul tarixlərində gerçəkləşəcək.

Bank of Baku-da tibb işçiləri üçün 5 000 manata qədər pul krediti ayrılır. Kreditin maksimal məbləği müştərinin bankda olan kredit tarixçəsindən və vəzifəsindən asılı olaraq ekspertin təhlili əsasında müəyyən olunacaq.

İyunun 17-nə olan rəsmi məzənnə 0,7878 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti