...

Dövlət Sığorta Nəzarəti Xidməti Azərbaycanın sığorta bazarının marketinq araşdırmalarına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2011 14:13 (UTC +04:00)
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) sığorta bazarının marketinq araşdırmaları çərçivəsində əhali arasında sorğuya başlayır.
Dövlət Sığorta Nəzarəti Xidməti Azərbaycanın sığorta bazarının marketinq araşdırmalarına başlayır

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) sığorta bazarının marketinq araşdırmaları çərçivəsində əhali arasında sorğuya başlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə DSNX rəhbəri Namiq Xəlilov bildirib.

"İndi hazırlıq prosesi gedir. Yaxın həftələrdə araşdırmanın praktiki hissəsinə başlanacaq. İki üsulun tətbiqi planlaşdırılır - fokus-qruplarla iş aparılacaq və müvafiq anketlər üzrə müəyyən sayda şəxslərlə sorğu aparılacaq", - Xəlilov deyib.

Onun sözlərinə görə, araşdırmaların birinci mərhələsində pərakəndə sığortanın nisbətən daha kütləvi növlərini - avtomobil sığortası və əmlak sığortasını araşdırmaq planlaşdırılır.

"Hər bir fokus-qrupa 10-15 nəfər cəlb olunacaq və keyfiyyətli təhlil aparılacaq. Bu işləri öz podratçıları olan reklam agentliyi həyata keçirəcək", - Xəlilov bildirib.

Onun sözlərinə görə,avqustda başa çatdırılması planlaşdırılan araşdırmanın yekunları üzrə hesabat hazırlanaraq sığorta şirkətlərinə təqdim olunacaq.

"Bu araşdırmaların məqsədi əhalinin sığortaya marağının dərəcəsini, bu sahədə onun məlumatlılıq səviyyəsini, əhalinin ümumilikdə sığorta barədə fikrini müəyyən etməkdən ibarətdir. Bu, belə məlumatlar əsasında sığorta şirkətlərinin öz marketinq siyasətlərini yaxşılaşdırmaları, hansı istiqamətdə hərəkət etməyin lazım olduğunu bilmələri üçün lazımdır", - Xəlilov bildirib.

Xəbər lenti

Xəbər lenti