...

Azərbaycanda növbəti keyfiyyətsiz dondurma partiyası aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2011 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir N..İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsində Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edildiyi müəyyən olunub. Bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.

Yoxlamalar zamanı dondurmaların etiketlərində istehsalçı müəssisə barədə məlumatların göstərilmədiyi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyən edilib.

Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 524,34 kq dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Müzəffər Poladova icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti