...

Azərbaycanın xarici dövlət borcu ilin I yarısının yekunları üzrə ÜDM-in 8,1 faizini təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir N.İsmayılova/

İyulun 1-nə Azərbaycanın dövlət xarici borcunun həcmi 4 512,6 milyon dollar təşkil edir. Dövlət xarici borcunun ÜDM-ə faiz nisbəti 8,1%-dir. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici dövlət borcu 3857,3 milyon dollara çatıb. Bu, ÜDM-in 7,42 faizini təşkil edir. İlin əvvəlindən ölkənin dövlət borcu 12,7 faiz artıb.

2010-cu il yanvarın 1-də bu göstərici 3421,8 milyon dollar, yaxud ÜDM-in 7,95 faizini təşkil edib. İl ərzində ölkənin xarici dövlət borcu 12,7 faiz artıb. Ötən il ərzində xarici dövlət borcu 12,7 faiz artıb.

Azərbaycanın indiki xarici dövlət borcunun kritik səviyyədən uzaq olmasına baxmayaraq, hökumət ölkənin xarici dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli və uzunmüddətli strategiya hazırlamağı planlaşdırır ki, bunun əsasında xarici borcların effektiv siyasətini aparsın.

Dünya Bankının "Global Development Finance 2011" məruzəsi Azərbaycanın xarici dövlət borcunun səviyyəsi üzrə mövqeyini təhlil edərək qənaətbəxş qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti