...

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2011 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yeddi ay ərzində Azərbaycanın dünyanın 141 ölkəsi ilə apardığı xarici ticarət əməliyyatlarının yekununu açıqlayıb. Bu barədə Trend-ə Gömrük Komitəsindən məlumat verilib.

Ölkənin əmtəə dövriyyəsinin ümumi həcmi 20,626 milyard dollar təşkil edib ki, bu da ötən ilin göstrəricisindən 32,87 faiz çoxdur.

Xarici ticarət dövriyyəsində 10,343 milyard dollar həcmində müsbət saldo yaranıb.

Həmin dövr ərzində xarici ticarət əməliyyatlarında 5903 min hüquqi və fiziki şəxs fəaliyyət göstərib ki, onlardan 3135-i hüquqi, 2768-i isə fiziki şəxsdir.

İlin yeddi ayı ərzində ixrac əməliyyatları 15,484 milyard dollar təşkil edərək 2010-ci ilin analoji dövründəkinə nisbətən 28,95 faiz artıb.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 14,782 milyard dollar, özəl sektorun payı 0,614 milyon dollar, fiziki şəxslərin payı isə 89,02 milyon dollar təşkil edib.

Yanvar-iyul ayları ərzində idxal 5,142 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 46,59 faiz çoxdur.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,844 milyard dollar, özəl sektorun payı 3,053 milyard dollar, fiziki şəxslərin payı isə 244,85 milyon dollar təşkil edib.

Yeddi ay ərzində Azərdbaycandan 1667 növ məhsul ixrac edilib, ölkəyə isə 5501 növ məhsul idxal edilib.

Xəbər lenti

Xəbər lenti