...

"Azərbaycan Hava Yolları" QSC baqaj siyasətinə dəyişiklik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 13:56 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC baqaj konsepsiyasına yenidən baxıb.
"Azərbaycan Hava Yolları" QSC baqaj siyasətinə dəyişiklik edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir A.Axundov/

"Azərbaycan Hava Yolları" QSC baqaj konsepsiyasına yenidən baxıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) üzvlərinin turizmin inkişafına həsr olunmuş növbəti görüşündə "Silk Way Travel" şirkətinin direktoru Şirzad Əfəndiyev bildirib.

Onun sözlərinə görə, bu konsepsiya çərçivəsində daxili turizmin inkişafı üçün "Şahdağ" dağ-xizək yay-qış kompleksinə turist axınının artırılması məqsədilə idman inventarlarının pulsuz və ya güzəştli çatdırılması gözlənilir.

Əfəndiyev bildirib ki, Azərbaycan qrup halında endirimlər praktikasını qəbul edib və bu gün ekonom-klasda 10 nəfərdən artıq və biznes-klasda 6 nəfər sərnişinin olduğu qruplar üçün güzəştlər tətbiq olunur.

"Bu, həmçinin turizmin stimullaşdırılması üzrə tədbirlər çərçivəsində çox vacib qərardır", - Əfəndiyev deyib.

Onun sözlərinə görə, son iki il ərzində Azərbaycanın aviasiya parkı iki dəfə artaraq 21 təyyarəyə çatıb.

"Gələn ildən Boieng -767 təyyarələrinin, 2014-cü ildə iki Dream-787 laynerinin alınması gözlənilir", - Əfəndiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti