...

Azərbaycanla Argentina kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcəklər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2011 14:01 (UTC +04:00)
Azərbaycan Argentina ilə kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması üzrə əməkdaşlıq edəcək.
Azərbaycanla Argentina kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcəklər (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Argentina ilə kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması üzrə əməkdaşlıq edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin müavini Lorenzo Bassonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində sentyabrın 21-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində görüş keçirilib.

Görüşdə Komitənin struktur bölmə rəhbərləri, tabeliyində olan qurumların nümayəndələri, qonaqlardan isə Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin İkitərəfli
Əməkdaşlıq və Əlaqələr İdarəsinin rəisi Miqel Donatelli, heyvandarlıq üzrə altkatib Alexandro Lotti və SENASA (Kənd Təsərrüfatı və Ərzaq Məhsullarının Sanitariyası və Keyfiyyəti üzrə Dövlət Xidməti) təşkilatının nümayəndəsi iştirak edib.

Görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Azərbaycanda keyfiyyət infrastrukturunun müasir dünya standartlarına uyğun qurulması üçün dövlət tərəfindən atılan məqsədyönlü addımlardan danışan Komitə sədri bu sahədə Argentina ilə də əməkdaşlığın zəruri olduğunu qeyd edib.

Basso Azərbaycanda şahidi olduğu iqtisadi inkişafdan, infrastruktur layihələrinin icrasından məmnun olduğunu, ölkələr arasında qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduqlarınını söyləyib. Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin tərkibinə daxil olan strukturlardan birinin Argentinada kənd təsərrüfatı məhsullarının keyfiyyət təminatına nəzarət, lisenziya və sertifikatların verilməsi, standartlaşdırma və patentləşdirmə əməliyyatlarını həyata keçirən SENASA olduğunu deyən Basso adıçəkilən sahələrdə Standartlaşdırma Komitəsi ilə əməkdaşlıq niyyətlərinin olduğunu qeyd edib.

Görüşün sonunda sahələr üzrə ikitrəfli saziş layihəsinin hazırlanması və təcrübə mübadiləsi aparmaq məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti