...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 8,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 18:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci ilin 9 ayı ərzində 535,7 milyon dollar (8,4 faiz) artıb.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 8,4 faiz artıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci ilin 9 ayı ərzində 535,7 milyon dollar (8,4 faiz) artıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, AMB-nin valyuta ehtiyatlarının həcmi həmin dövrün sonuna 6 milyard 943,3 milyon dollar təşkil edib. 2010-cu ilin yekunlarına görə, bankın valyuta ehtiyatlarının həcmi 6407,6 milyon dollar olub.

Mərkəzi Bankın proqnozlarına görə, 2011-ci ilin sonuna valyuta ehtiyatları 8 milyard dollar olacaq.

Xəbər lenti

Xəbər lenti