...

Trend BİA-nın nümayəndəsi "Milli iqtisadiyyat: uğurlar və perspektivlər" müsabiqəsində birinci yeri tutub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2011 14:33 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktorunun iqtisadi informasiya üzrə müavini İlahə Məmmədli İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi, ölkənin müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Milli iqtisadiyyat: uğurlar və perspektivlər" müsabiqəsində birinci yeri tutub.
Trend BİA-nın nümayəndəsi "Milli iqtisadiyyat: uğurlar və perspektivlər" müsabiqəsində birinci yeri tutub (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir N.İsmayılova/

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktorunun iqtisadi informasiya üzrə müavini İlahə Məmmədli İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi, ölkənin müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Milli iqtisadiyyat: uğurlar və perspektivlər" müsabiqəsində birinci yeri tutub.

Müsabiqə KİV nümayəndələri üçün təşkil olunub.

"Bizə yerli qəzetlərin, informasiya agentliklərinin, televiziyaların əməkdaşlarının 30-dan artıq işi təqdim olunmuşdu. Bir ay ərzində nazirlik yanındakı komissiya bu işlərin qiymətləndirilməsini aparıb", - müsabiqə komissiyasının və nazirlik aparatının rəhbəri Samir Vəliyev deyib.

Onun sözlərinə görə, təqdim olunan işlərin keyfiyyətinin yüksək olması ilə əlaqədar mükafat yerlərinin sayı 10-dan 14-dək artırılıb. Müsabiqədə ikinci yeri Nicat Nəsirli (AzTV) və Vaqif Bayramov ("Xalq qəzeti"), üçüncü yeri Sülhiyyə Şirinova ("Space"), Elbrus Cəfərli ("Yeni Azərbaycan" qəzeti) və Pünhan Əfəndiyev ("Üç nöqtə" qəzeti) tutub.

Müsabiqənin bütün qaliblərinə sertifikatlar və mükafatlar verilib.

Xəbər lenti

Xəbər lenti