...

"Flydubai" Tbilisiyə aviareys açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2011 18:54 (UTC +04:00)
Dubayın "Flydubai" şirkəti noyabr 4-dən Dubay-Tbilisi marşrutu üzrə hava yolunun açılmasını bəyan edib.
"Flydubai" Tbilisiyə aviareys açıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.İsmayılov/

Dubayın "Flydubai" şirkəti noyabr 4-dən Dubay-Tbilisi marşrutu üzrə hava yolunun açılmasını bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin yaydığı məlumatda deyilir.

"Birləşmiş Ərəb Əmirliklərinin höküməti adından Gürcüstan hökümətini və "Flydubai" şirkətini yeni Dubay-Tbilisi reysinin açılması münasibətilə təbrik edirəm. Ümidvaram ki, yeni hava yolu iki xalq arasındakı əlaqələri daha da möhkəmləndirəcək. Əminəm ki, bu gündən etibarən Gürcüstanla daha sıx şəkildə işləyəcəyik", - hadisəni şərh edən Dubay hava limanının əlaqələr və beynəlxalq münasibətlər üzrə rəhbəri, BƏƏ parlamentinin deputatı Camal əl-Hay deyib.

"Yeni reysin açılması ölkələrarası ticarət və turizm əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Dubayın və Tbilisinin bir çox sənaye sahələri yeni reysin açılmasından yararlanacaqlar. Mən Gürcüstanın BƏƏ, Yaxın Şərq, Mərkəzi və Şərqi Avropa ölkələrinin turizm və biznes platformalarına çıxışı üçün yardımçı olması baxımından "Flydubai" aviaşirkətini mühüm tərəfdaş hesab edirəm", - Gürcüstanın iqtisadiyyat və inkişaf nazirinin müavini Qeorqi Karbelaşvili bildirib.

Dubay-Tbilisi marşrutu üzrə ilk tariflər 133 dollardan başlayacaq. Tbilisi-Dubay reysi isə 144 dollardan. Biletin qiymətinə (vergilər daxil olmaqla) çəkisi 7 kiloqrama qədər olan əl yükü daxildir. Noutbuk üçün yerlərin qiyməti 10 ABŞ dollarından başlayır.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Dubay hökuməti tərəfindən təsis edilən aviaşirkət uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. Bu müddət ərzində şirkət öz şəbəkəsini 45 istiqamət və Fars körfəzi, Yaxın Şərq, Kiçik Asiya və müəyyən qədər artıq 20 təyyarə uçan Avropa regionuna qədər genişləndirib.

Xəbər lenti

Xəbər lenti