...

Azərbaycanda beş bank ləğvolma prosesindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2011 11:50 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin üçüncü rübünün yekunları üzrə ölkədə beş bank ləğvolma prosesindədir.
Azərbaycanda beş bank ləğvolma prosesindədir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin üçüncü rübünün yekunları üzrə ölkədə beş bank ləğvolma prosesindədir. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın saytında dərc olunmuş hesabatda deyilir. Cari ilin yanvar ayının 1-də dörd bank, 2010-cu ilin üçüncü rübündə isə iki bank ləğvolma prosesində idi.

Hesabat dövründə respublika ərazisində bank fəaliyyəti göstərmək üçün 44 bank lisenziyaya malik olub.

Bu gün ölkədə xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərir. Onların 7-də xarici kapitalın xüsusi çəkisi 50-dən 100-dək faiz arasında, 13 bankda 50 faizədək təşkil edir, eləcə də iki xarici bankın filialı fəaliyyət göstərir.

Xaricdə fəaliyyət göstərən bank strukturlarının sayı doqquzdur. Onlardan altısı nümayəndəlik, ikisi törəmə bank və biri filialdır. Azərbaycanda, həmçinin, beş xarici bankın nümayəndəliyi fəaliyyət göstərir.

Üçüncü rübün sonuna olan məlumata görə, ölkədə 656 yerli bankın filialı var ki, onlardan 37 filial Azərbaycan Beynəlxalq Bankına, 619 filial özəl banklara məxsusdur. İlin əvvəlindən yerli filialların sayı 1,8 faiz artıb.

Bank şöbələrinin sayı ilin əvvəlindən 22,5 faiz artaraq 147-yə çatıb.

Xəbər lenti

Xəbər lenti