...

Azərbaycan işğal olunmuş ərazisində aeroportun qanunsuz tikintisi faktını ЕСАС-yə çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2011 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir E.İsmayılov/

Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov Avropa Mülki Aviasiya Konfransının (ECAC) 137-ci iclası çərçivəsində ECAC prezidenti Katalin Radu ilə respublikanın işğal altında olan ərazisində yerləşən Xocalı aeroportunda qanunsuz tikinti işlərinin aparılması məsələsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi administrasiyanın məlumatında deyilir.

"Müəyyən dairələrin regionda uçuşların təhlükəsizliyinə xələl gətirmək cəhdləri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı ЕСАС rəhbərliyinin nəzərinə çatdırılıb. Tərəflər 2012-ci ildə qarşılıqlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər", - məlumatda deyilir.

İclas zamanı Avropa Komissiyası 2012-ci ilin əvvəllərində ölkəmizlə "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti