Millennium Turizm, Konqres DMC Sizə unudulmaz istirahət keçirəcəyiniz turlar təklif etməkdədir. Həmin turlar silsiləsindən Baltikyanı Səyahətini təqdim edirik.
Baltikyanı ölkələr Litva, Latviya, Estoniya daim öz nağıl kimi gözəlliyi ilə diqqət mərkəzindədir və daim özündə sürprizlər əks etdirir. Hər Baltikyanı ölkə öz təkrarolunmaz xüsusiyyətləri ilə seçilir. Orta əsr paytaxtları və qalaları, müalicəvi suları və palçıqlı sanatoriyaları, dil hasarı olmadan, rahat coğrafi yerləşməsi - bütün bunlar Baltikyanı istiqamətini maraqlı və turistlər üçün əlçatan edir.
Vilnüs - Trakay - Kaunas - Xaç Qalası - Rundal Sarayı - Riqa - Siqulda - Tallin
Turun proqramı 7 gün/6 gecə
1-ci gün
Vilnüsə çatma. Kompaniyanın nümayəndəsi tərəfindən dəmir yolu vağzalında və ya avtobus vağzalında və ya Beynəlxalq hava limanında qarşılanma.
Qədim şəhərin kafesində səhər yeməyi (səhər saat 11:00-da gələnlər üçün)
Mehmanxanada yerləşmə
Vilnüsdə icmal turu. Ekskursiya vətəndaşların ən sevdiyi yerlərdən biri olan, Hediminasu heykəlinin yanında, Kafedral meydanından başlanır. Sizə şhərin yaranması ilə bağlı maraqlı əfsanələr danışılacaq, Şərqi Avropanın ən qədim universitetlərindən birini göstərəcəklər. Siz unikal qotik ansambl - müqəddəs Anna və bernardçılar kilsəsi, şəhərin qədim küçələri ilə gəzəcək, avropa kvartalında olacaq, 1-ci Pyotrun A.S.Puşkini xaçladığı qədim Pyatnitskaya kilsəsini görəcəksiniz. Ratuşnaya meydanına çıxacaqsınız. Vilnüsü 16-cı əsrdə əhatə edən və günümüzə gəlib çıxan - Müqəddəs Qapılardan keçəcəksiniz. Daş darvaza kilsəsində bütün xristian aləmində sayılan Müqəddəs Məryəm Ananın ikonası saxlanılmaqdadır.
Asudə vaxt
2-ci gün
Oteldə səhər yeməyi
Vilnüsdən 30 km məsafədə yerləşən, Litvanın qədim paytaxtı olan Trakaya səfər. Halve gölünün mərkəzində yerləşən məşhur Trakay qalası şəhərin əsas görməli yerlərindəndir. Onuda qeyd edək ki, bu qala Şərqi Avropada yeganə qaladı. Trakay qalası orta əsrlərin ən böyük müdafiə tikililərindən biridir. Onun ərazisi 1.8 ha-dır. Qalaya getmək üçün qonaqlar 2 taxta körpüdən keçməlidirlər. Qalanın memarlıq ansablının mərkəzində qalın divar örtüyü və müdafiə qalaları ilə əhatə olunmuş Knyaz sarayı yerləşmişdir. Hazırda orada ekspozisiyası qədim dövrlərdən başlanan və 20-ci əsrə qədər davam edən muzey yerləşmişdir. Eksponat kimi əsl mebel, qab-qaşıq, şüşədən və sümükdən bəzək əşyaları, möhürlər, ov qənimətləri və qazıntılar zamanı arxeoloji tapıntılar nümayiş olunur.
Kaunasa səfər. Litva yeməkləri verilən "Bernyalü Ujeyqa" restoranında nahar.
Litvanın 2-ci böyük şəhəri olan Kaunasda icmal ekskursiyası. Siz burada "ağ qu quşu" adlandırılan, avropanın bütün memarlıq stilləri olan Ratuşanı görəcəksiniz.
Litvada Qədim qotik stilinin ən orijinal tikililərindən olan Perkunusa (Qroma) evini görə biləcəksiniz. Böyük Nemunasanın sahilində heyrətamiz Müqəddəs Vitautas kilsəsini, Pyotr və Pavel Kafedral kilsələrinə baxa biləcəksiniz. Kaunasın müasir küçəsi - Laysves Xiyabanıdır. Bura "balaca Paris" adlanan və rahat maqazin və kafeləri ilə tanınan bulvardır. "Çürlönisa" və "Çertey" muzeylərini ziyarət.
Vilnüsə qayıdış.
Asudə vaxt.
3-cü gün
Mehmanxanada səhər yeməyi. Otaqların boşaldılması.
Riqaya Şaulay və Xaç dağlarından səfər. Xaç dağı - 100000 xaç olan özünəməxsus müqəddəs yerdir. Bu dağda xaç qoymaq isyəyən hər bir şəxs ya özü ilə, ya da Xaç dağında yerləşən turizm informasiya mərkəzində əldə edə bilərlər.
Nahar.
Latviyanın ən məşhur Rundal sarayına ekskursiya. Saray və ona aid olan bağ muzey ərazisidir.
Riqaya varış. Mehmanxanada yerləşmə
Asudə vaxt.
4-cü gün
Mehmanxanada səhər yeməyi.
Qədim Riqada səhər ekskursiyası. Şəhərdə 160 maraqlı memarlıq abidələri vardır. 1997-ci ildə Riqanın mərkəzi hissəsi YUNESKO-nun bəşəriyyətin mirası siyahısına daxil edilmişdir. Qədim Riqada 2 saatlıq gəzinti zamanı Siz evlərin və küçələrin nələrdən danışdığı haqqında, orta əsr memarlıq abidələri ilə tanış olacaqsınız (3 Qardaş Evi, Müq. Pyotr kilsəsi, Barıt Qalası, Müq. Yakov kilsəsi, Dom Kilsəsi və başqa yerləri görə biləcəsiniz).
Asudə vaxt.
Günün ikinci yarısında qonaqların istəyinə əsasən Qədim Riqadakı kafelərdən birində nahar edə biləcəksiniz. Burada Siz Riqa balzamını dequstasiya, muzeyləri ziyarət edə və Riqadakı Müq.Pyotr kilsəsinin təpəsindən Riqaya baxa biləcəksiniz (2 müşahidə meydanı 57 və 71 m. hündürlükdə).
5-ci gün
Mehmanxanada səhər yeməyi. Nömrələrin boşaldılması. Tallinə Siquldadan səfər.
Siqulda şəhəri - "Qauya" Milli parkının mərkəzi. Siquldanı əbəs yerə Latviyanın İsveçrəsi adlandırmırlar. Bura öz təbiətinin gözəlliyi, Qauya çayının özünəməxsusluğu, vadisinin mənzərəsi, mağaralar, tarixi yerlər, Turayd qoruğu, Siquldsk sarayının dağıntıları ilə seçilir.
Siqulda Latviyanın şimal-şərq hissəsində, Riqadan 50 km məsafədə yerləşir.
Tallinə çatmaq və mehmanxanada yerləşmə
Asudə vaxt.
6-cı gün
Mehmanxanada səhər yeməyi.
Qədim Tallində səhər ekskursiyası. Nağılların ruhu Sizi əhatə edəcək.
Dom Kilsəsi, parlament, Ratuş meydanı, Böyük Dəniz Qapıları, Kök Marqarita qalası, Oleviste kilsəsi (13-cü əsr), Müqəddəs Ruh kilsəsi (14-cü əsr), Aleksandr Nevskiy kilsəsi, Dominikan monastırı.
Asudə vaxt.
7-ci gün
Mehmanxanada səhər yeməyi. Saat 12:00-a kimi nömrələrin boşaldılması. Şəhərdə asudə vaxt.
Vilnüsə (və ya Riqa) qayıtmaq istəyən turistlər səhər yeməyindən sonra avtobusla gedə bilərlər.
Turun Avro ilə qiyməti |
||
Nömrələrin kateqoriyası |
3* otel |
4* otel |
1-yerli nömrə |
674 |
802 |
2 yerli nömrə |
868 |
982 |
Əlavə yer |
391 |
411 |
12 yaşadək uşaqlar |
290 |
290 |
3*-lu otel bazasında qalmaq: Vilnüs - Panorama Hotel, Riqa - İrina Hotel, Tallin - Olav Resident Hotel
4*-lu otel bazasında qalamq: Vilnüs - Europa Royale Hotel, Riqa - Avalon Hotel, Tallin - St. Olav Hotel.
Turun qiymətinə daxildir:
3* və ya 4*-lu otellərdə 6 gecə (Vilnüs, Riqa və Tallində) ;
Otellərdə 7 səhər yeməyi - isveç masası;
Kaunasda nahar;
Xaç dağında nahar;
Bütün marşrut boyu rusdilli bələdçi xidməti;
Vilnüs, Tallin, Riqada 8 ekskursiya, eyni zamanda Trakae, Kaunas, Siqulda, Xaç dağı və Rundal saray-park ansamlı;
Trakaev qəsri, Çürlenis muzeyi, Çertey muzeyi, Rundal Sarayı, Turayd orta əsrlər qəsri;
Bütün marşrut boyu nəqliyyat xidməti.
Əlavə məlumat üçün 497 54 00 və ya 598 48 18 nömrələrinə zəng edə və ya [email protected] e-mailinə müraciət edə bilərsiniz.