...

Bakı aeroportu işini tam bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2012 11:00 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu aviareyslərin qəbulu və yola salınmasını plan cədvəlinə uyğun şəkildə həyata keçirir. Bu barədə şənbə günü Trend-ə aeroportdan məlumat veriblər.
Bakı aeroportu işini tam bərpa edib

Azərbaycan, Bakı, 4 fevral / Trend, müxbir E. İsmayılov/

Heydər Əliyev Beynəlxalq Aeroportu aviareyslərin qəbulu və yola salınmasını plan cədvəlinə uyğun şəkildə həyata keçirir. Bu barədə şənbə günü Trend-ə aeroportdan məlumat veriblər.

Əgər əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla aviareysi təxirə salmaq lazım gəlmişdisə, hazırda vəziyyət normallaşır.

Ötən həftənin sonunda Azərbaycanda hava şəraiti kəskin pisləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Fevralın 4, 5 və 6-da gecələr havanın temperaturu mənfi 5-10 dərəcə təşkil edəcək.

Şənbə və bazar günləri Bakıda havanın temperaturu 0 - 1 dərəcə şaxta təşkil edəcək.

Fevralın 6-da havanın temperaturunun gündüz müsbət 2 dərəcə təşkil edəcəyinə baxmayaraq fevralın 7-də ölkə ərazisinə soyuq hava kütləsinin daxil olacağı və yenidən çovğunla müşahidə olunan qarlı və şaxtalı hava şəraitinin hökm sürəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti