...

Azərbaycanda torpaq fondunun 19,6 faizi özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2012 15:27 (UTC +04:00)
2011-ci ildə Azərbaycanın 8 641 506 hektar torpaq fondunun 4 913 639 hektarı (56,9 faiz) dövlət mülkiyyətində saxlanılıb, 2 milyon 32 min 744 hektarı (23,5 faiz) bələdiyyə mülkiyyətinə verilib və 1 695 123 hektarı (19,6 faiz) isə özəlləşdirilib.
Azərbaycanda torpaq fondunun 19,6 faizi özəlləşdirilib

Azərbaycan, Bakı, 22 fevral /Trend müxbir A. Axundov/

2011-ci ildə Azərbaycanın 8 641 506 hektar torpaq fondunun 4 913 639 hektarı (56,9 faiz) dövlət mülkiyyətində saxlanılıb, 2 milyon 32 min 744 hektarı (23,5 faiz) bələdiyyə mülkiyyətinə verilib və 1 695 123 hektarı (19,6 faiz) isə özəlləşdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında Komitənin sədri Qərib Məmmədov bildirib.

"2011-ci il dekabrın 31-nə olan vəziyyətə görə torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilib. Bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir. Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar torpaq sahəsinin 1 milyon 393 min 274 hektarı, yəni 99,8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilib", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Dövlət Komitəsi 2011-ci ildə ölkənin müxtəlif bələdiyyələri üzrə 2398 hərrac və müsabiqə keçirib, 2009-cu ildən indiyə qədər isə onların sayı 5200 olub.

Xəbər lenti

Xəbər lenti