...

Azərbaycanda dövlət standartları haqqında məlumatların elektron bazası formalaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 12:09 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırma, sertifikatlaşdırma qaydaları və digər normativ sənədləri özündə cəmləşdirən elektron bazanın formalaşdırılması sahəsində işləri davam etdirir.
Azərbaycanda dövlət standartları haqqında məlumatların elektron bazası formalaşdırılır

Azərbaycan, Bakı, 29 fevral / Trend, müxbir A.Axundov /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırma, sertifikatlaşdırma qaydaları və digər normativ sənədləri özündə cəmləşdirən elektron bazanın formalaşdırılması sahəsində işləri davam etdirir. Trend-in məlumatına görə, bu barədə komitənin sədri Ramiz Həsənovun çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş müsahibəsində deyilir.

Onun sözlərinə görə, komitə 2011-ci ildə 77 standartı təsdiqləyib.

"2011-ci ildə komitə tərəfindən qida sənayesi üzrə 26, neft-kimya sahəsində 15, elektrotexnika sahəsində 5, nəqliyyat üzrə iki, ekologiya üzrə 9, inşaat üzrə 5, başqa sahələr üzrə 15 standart işlənib hazırlanıb və dövlət qeydiyyatına alınıb", - Həsənov deyib.

Onun sözlərinə görə, ötən il ərzində 217 ədəd yeni ölçmə vasitələrinin tipi təsdiqlənib. "Onlar respublikanın ölçmə vasitələrinin Dövlət Reyestrinə daxil edilib", - Həsənov deyib.

Onun sözlərinə görə, 2011-ci ildə komitə tərəfindən 1250 əmtəə nişanı, 111 ixtiraya dair patent, 43 sənaye nümunəsinə dair patent, 9 faydalı modelə dair patent verilib.

Xəbər lenti

Xəbər lenti