...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 18:38 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiq edib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiq edib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə "Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, habelə investisiya fondları və lotereya təşkilatçısı tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi" Qaydaları təsdiq edilib.

Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yeni qaydalarda monitorinq iştirakçıları tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyət üzrə məlumat və hesabatların QKDK-ya təqdim olunması prosedurları öz əksini tapıb və davamlı nəzarətin həyata keçirilməsi mexanizmləri müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti