...

Azərbaycan İpoteka Fondu istiqrazların beşinci emissiyasının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 13:48 (UTC +04:00)
Martın 15-də Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının emissiyasından 2 milyon manat həcmində ilk tranşın yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Azərbaycan İpoteka Fondu istiqrazların beşinci emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 13 mart /Trend müxbir A.Axundov/

Martın 15-də Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının emissiyasından 2 milyon manat həcmində ilk tranşın yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AİF-in məlumatında deyilir.

İstiqrazlar hərraca nominal qiymət üzrə təqdim ediləcək.

Əgər tələbat təklifi üstələsə, bütün sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilk təşkilatçısı rolunda Azərbaycan Mərkəzi Bankı çıxış edəcək.

Yerləşdirmə 2012-ci ilin yanvarın 16-da qeydiyyata alınmış hər birinin nominal dəyəri 1000 manat olan 30 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının beşinci emissiyasından keçirilir.

Xəbər lenti

Xəbər lenti