...

Azərbaycanın xarici ticarət dövriyyəsi 14 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2012 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-fevral aylarında 111 ölkə ilə həyata keçirilən xarici ticarət əməliyyatlarının nəticələrini açıqlayıb. Bu barədə şənbə günü Trend-ə DGK-dən məlumat verilib.

Ölkənin mal dövriyyəsinin ümumi həcmi 5,382 milyard dollar təşkil edib ki, bu da ötən ilin göstəricisini 14,05 faiz üstələyir.
Xarici ticarət əməliyyatlarında 2,7 milyard dollar həcmində müsbət saldo yaranıb.

Bu dövr ərzində xarici ticarət əməliyyatlarına 3164 hüquqi və fiziki şəxs cəlb edilib, onlardan 1976 nəfəri hüquqi, 1188 nəfəri isə fiziki şəxs olub.

2012-ci ilin ilk iki ayında ixrac əməliyyatları 4,049 milyard dollar təşkil edib ki, bu da 2011-cu ilin analoji dövrü ilə müqayisədə 19,45 faiz çoxdur.

İxracatda dövlət sektorunun payı 3,864 milyard dollar (95,43 faiz), özəl sektorun payı isə 173,35 milyon dollar (4,28 faiz) təşkil edib. Fiziki şəxslərdə isə bu göstərici 11,44 milyon dollar (0,28 faiz) olub.

2012-ci ilin yanvar-fevral ayları ərzində idxal 1,334 milyon dollar təşkil edib ki, bu da 2011-cu ilin analoji dövrünə nisbətən 0,29 faiz çoxdur.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 309,7 milyon dollar (23,22 faiz), özəl sektorun payı 962,17 milyon dollar (72,15 faiz), fiziki şəxslərin payı isə 32,9 milyon dollar (4,62 faiz) təşkil edib.

2012-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 822 növ məhsul ixrac edilib, ölkəyə isə 4179 növ məhsul idxal edilib.

Xəbər lenti

Xəbər lenti