...

Azərbaycan bankı "DəmirBank" bayram günlərində də müştərilərə xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2012 12:18 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" bayram günlərində də müştərilərə xidmət göstərəcək
Azərbaycan bankı "DəmirBank" bayram günlərində də müştərilərə xidmət göstərəcək

Azərbaycan, Bakı, 19 mart / Trend/

"DəmirBank" Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilən 23 mart (Əməliyyat İdarəsi, Mərkəz, İçəri Şəhər, Binəqədi, Nərimanov, Nizami, Yasamal, Bakıxanov, Bayıl, Nəsimi, Sumqayıt, Sabirabad, Şamaxı, Lənkəran, Masallı, İmişli, Quba, Qusar, Şəki, Zaqatala, Ağdaş, Göyçay, Gəncə və Bərdə filialı) və 24 mart (Xəzər filialı) tarixlərində müştərilərə xidmət göstərəcək. Qeyd edilən tarixlərdə DəmirBank-ın filialları saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcək. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Bu tarixlərdə DəmirBank-ın filiallarında əhali hesaba mədaxil, təcili pul köçürmələri, kredit ödənişləri, kommunal / rabitə və s. ödənişlər edə bilər.

DəmirBank bütün xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, hər bir insana can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyət göstərir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti