...

Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun bir hissəsinin təmiri bu gün başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 09:35 (UTC +04:00)
«Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun bir hissəsinin təmiri bu gün başa çatacaq

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

Bu gün Əlikənd stansiyasında tək istiqamətdə 1450 metr yol əsaslı təmir olunacaq. Əsaslı təmir işlərinə səhər saatlarında başlanılıb və artıq köhnə yolun sökütüsü başa çatmaq üzrədir. Saat 16 radələrində təmir işləri başa çatacaq.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmişdir. Bütövlükdə indiyə kimi 69 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti