...

Azərbaycan qiymətli kağızların təhlükəsizliyinə dair tələbləri sərtləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 15:47 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin həyata keçirilməsinə dair tələblər"i təsdiq edib.
Azərbaycan qiymətli kağızların təhlükəsizliyinə dair tələbləri sərtləşdirib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin həyata keçirilməsinə dair tələblər"i təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

Bu sənəd artıq Azərbaycanın hüquqi aktların dövlət reyestrinə daxil edilib.

Mövcud qanunvericilik aktı qiymətli kağız blanklarının hazırlanması üzrə fəaliyyətin qabaqcıl beynəlxalq standartlara və təcrübəyə uyğun təşkil edilməsinə dair texniki təhlükəsizlik və təşkilati tələbləri müəyyən edir.

Tələblərdə bütün növ qiymətli kağız blanklarının, habelə lotereya biletlərinin hazırlanmasında tətbiq edilən texnoloji, texniki və təhlükəsizliyə, bu sahədə fəaliyyət göstərən mətbəələrin uçot və daxili nəzarət sistemlərinə, həmçinin, istehsal obyektlərinin təhlükəsizliyinə dair hüquqi normalar öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti