...

Bakıda yeni beynəlxalq limanın tikintisinə maraq böyükdür - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/Trend, müxbir E. İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi mayın sonunadək sahilyanı tikililərin, habelə Ələt qəsəbəsində beynəlxalq dəniz limanının yeni binasının inşası üzrə podratçını seçməyi planlaşdırır. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, binaların inşasını nəzərdə tutan limanın tikintisinin üçüncü lotu üzrə tender artıq elan edilib və mayın ortalarında tender təkliflərinin açılması baş tutacaq.

"Limanın tikintisində iştirak etmək istəyən şirkətlər çoxdur və biz mayın sonunadək üçüncü lot üzrə podratçını müəyyənləşdirməyi planlaşdırırıq" , - Pənahov deyib.

Onun sözlərinə görə, limanın tikintisi çərçivəsində əvvəl başlanan digər işlər qrafikə uyğun aparılır.

Xəbər lenti

Xəbər lenti