...

RF Kurqan vilayətinin iş adamları Azərbaycanla müştərək müəssisələrin yaradılmasında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 18:33 (UTC +04:00)
Rusiya Federasiyasının (RF) Kurqan vilayətinin iş adamları Azərbaycanla müştərək müəssisələrin yaradılmasında maraqlıdırlar.
RF Kurqan vilayətinin iş adamları Azərbaycanla müştərək müəssisələrin yaradılmasında maraqlıdır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Ə.Həsənov/

Rusiya Federasiyasının (RF) Kurqan vilayətinin iş adamları Azərbaycanla müştərək müəssisələrin yaradılmasında maraqlıdırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə vilayətin vitse-qubernatoru Vasili Jarov bildirib.

"Biz Azərbaycan və Kurqan vilayətinin sahiblarları ilə müştərək müəssisələrin yaradılmasında maraqlıyıq. Belə birliklərin fəaliyyətini stimullaşdırmaq üçün vergi güzəştlərinin tətbiq edilməsi səmərəli olardı", - Jarov deyib.

RF Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində çərşənbə axşamı Bakıda hər iki tərəfin sahibkarlarının iştirakı ilə biznes forum keçirilib.

Jarovun sözlərinə görə, Azərbaycan və Kurqan vilayəti arasında münasibətlər dinamik inkişaf edir.

"Bu forum səmərəli olacaq və nəticəsi konkret layihələr üzrə müqavilələrin bağlanması ola bilər. Forum çərçivəsində danışıqların nəticələri üzrə Azərbaycana 20 min ton taxıl tədarük edilməsi haqqında razılaşma əldə edilib. Bu hələ başlanğıcdır", - Jarov qeyd edib.

RF-nin Kurqan vilayətindən olan müəssisə maşınqayırma, yanğınsöndürmə texnikasının istehsalı, tikinti və s. sahələri təmsil edir. Forumda belə tədbirin Kurqan vilayətində də keçirilməsi haqqında razılıq əldə edilib.

Nümayəndə heyətinin Azərbaycana səfəri zamanı 2007-ci ilin aprelində Azərbaycan və RF Kurqan vilayəti arasında imzalanmış ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin reallaşdırılmasının gedişatı ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə görüş zamanı əməkdaşlığın iqtisadi və humanitar aspektləri nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti