...

"Bank of Baku" uşaqlar üçün rəsm müsabiqəsi elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 16:01 (UTC +04:00)
"Bank of Baku" uşaqların yaradıcılıq potensialını həvəsləndirmək məqsədilə rəsm müsabiqəsinə start verir.
"Bank of Baku" uşaqlar üçün rəsm müsabiqəsi elan edir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

"Bank of Baku" uşaqların yaradıcılıq potensialını həvəsləndirmək məqsədilə http://www.facebook.com/bankofbaku korporativ sosial şəbəkəsində rəsm müsabiqəsinə start verir. Bu barədə bazar ertəsi Trend-ə bankdan məlumat verilib.

"Mənin bankım" adlı rəsm müsabiqəsində 8-12 yaş arası uşaqlar iştirak etməyə dəvət olunur. Rəsmdə uşaqlar Bank of Baku-nu necə təsəvvür etdiklərini əks etdirməlidirlər. Rəsmlərdə bankın inzibati binası, işçiləri, müştərilər, habelə bankomat və ya ödəniş terminalları ilə həyata keçirilən müxtəlif maliyyə əməliyyatları təsvir edilə bilər. Valideynlər övladlarına bankın nə kimi maliyyə təsisatı olduğunu ətraflı izah etməkdə sərbəstdirlər. Aparılacaq səsvermə nəticəsində ən çox "like" toplamış 10 rəsm əsərindən bankın münsiflər heyəti 3 qalibi müəyyən edəcək. Birinci yerin qalibi 500 manat, ikinci yerin qalibi 300 manat, üçüncü yerin qalibi isə 200 manat qazanacaq. Bu qaliblərdən başqa, göndərilmiş rəsmlər arasından bankın münsiflər heyətinin simpatiyasını qazanmış bir rəsm müəllifi 600 manat əldə edəcək.

Rəsmlər mayın 1-dən 20-dək qəbul edilir. Mayın 21-dən iyunun 10-na kimi isə səsvermə keçiriləcək. Skan edilmiş rəsmlər bu elektron ünvana göndərilməldir: [email protected].

Göndərilən hər bir rəsmin alt hissəsində müəllifin adı, soyadı, atasının adı, habelə yaşı və əlaqə nömrəsi qeyd edilməlidir. Eyni zamanda, rəsmdə Bank of Baku-nun adı da əks olunmalıdır. Qeyd edək ki, müsabiqə zamanı müəyyən edilmiş 12 ən yaxşı rəsm Bank of Baku-nun 2013-cü il üçün korporativ təqviminə daxil ediləcək.

Müsabiqə zamanı rəsmi bəyənilərək seçilmiş müəlliflər banka dəvət edilərək öz rəsm qabiliyyətini bir daha isbat etməli olacaqlar. Rəsm çəkilərkən valideynlərin uşaqlara yalnız şifahi tövsiyələri mümkündür.

"Bank of Baku" əməkdaşlarının ailə üzvləri və xaricdə yaşayan şəxslər müsabiqəyə buraxılmır.

Müsabiqənin təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. "Bank of Baku" istənilən sualı onlayn rejimdə də cavablandırır. Bunun üçün Bank of Baku-nun www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi - www.facebook.com/bankofbaku.com-a baş çəkmək kifayətdir.

Xəbər lenti

Xəbər lenti