...

Azərbaycanda 500 kq-dan artıq yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 18:35 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız mallar satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 500 kq-dan artıq yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 3 may /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız mallar satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakının Sabunçu, Xətai, Suraxanı rayonlarında, eləcə də Sumqayıt, Goranboy, Qax şəhərlərində, Abşeron, Sabirabad, Quba, Biləsuvar və Ağdam rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 500 kq-dan artıq ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti