...

Azərbaycanda keyfiyyət standartları fondunun yenilənməsi vacibdir – Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2012 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may/ Trend, müxbir Ə.Həsənov /

"Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında" qanun layihəsi Azərbaycan Parlamentində müzakirələrə hazırdır.
Qanun layihəsi Avropa İttifaqı və ölkənin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə hazırlanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Beynəlxalq standartlaşdırma prosesində iştirak etmək üçün imkanların gücləndirilməsi" adlı seminarda Dövlət Komitəsinin Standartlaşadırma və texniki tənzimləmə şöbəsini müdiri Namiq Tağıyev bildirib.

Aİ-nin Mehriban Qonşuluq Siyasəti çərçivəsində keçirilən tvininq layihənin məqsədi Azərbaycandakı keyfiyyət infrastrukturları sisteminin Aİ-nin tələblərinə uyğunlaşdırılmasıdır.

Qanun layihəsi hələ sovet dönəmində tətbiq olunan məcburi standartlardan imtina etməyi və könüllü standartlara keçidi nəzərdə tutur. QOST dövlət standartından imtinadan sonra standartalrın könüllü seçimi tətbiq olunacaq.

Standartların tətbiqi DK tərəfindən işlənib hazırlanmış "Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında" qanun layihəsinin təsdiqlənməsindən sonra başlayacaq.

"Dövlət Komitəsinin standartlar fondunda bu gün 21 minə yaxın standat var ki, onlardan 660-ı milli standartlardır", -Tağıyev deyib.

O, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin normal fəaliyyətinin təmin olunması üçün həll olunmalı olan problemləri göstərib.

"Bunlar, misal üçün, milli standartların hələ tam həcmdə qəbul edilməməsi və hazırda fondda çoxlu köhnə standartların olmasıdır. Eləcə də effektiv maliyyələşdirmə sistemi formalaşmayıb", - Tağıyev deyib.

Xəbər lenti

Xəbər lenti