...

Bakıda iki piyada keçidinin tikintisi tamamlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 16:47 (UTC +04:00)
"Azəryolservis" ASC Neftçilər prospekti ərazisində iki yeni yeraltı piyada keçidinin tikintisi üzrə işləri başa çatdırır.
Bakıda iki piyada keçidinin tikintisi tamamlanır

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Neftçilər prospekti ərazisində iki yeni yeraltı piyada keçidinin tikintisi üzrə işləri başa çatdırır. Bu barədə çərşənbə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, funikulyor ərazisində piyada keçidinin tikintisi praktiki olaraq başa çatıb. Bakı Dəniz Limanı ərazisində keçidin tikintisi isə yekunlaşmaq ərəfəsindədir.

"Həmçinin, Bakıda daha bir neçə həm yerüstü, həm də yeraltı keçidin tikintisi üzrə fəal işlər aparılır", - Mürsəliyev vurğulayıb.

O bildirib ki, yeni keçidlər piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tikilir.

Xəbər lenti

Xəbər lenti