...

Mingəçevirdə prioritet sahələrin inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2012 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Mayın 18-də Mingəçevir şəhərində keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Nəticədə iqtisadiyyatın inkişafı üçün aşağıdakı prioritet istiqamətlər müəyyənləşdirilib:

- müasir texnologiyalara əsaslanan müxtəlif sənaye müəssisələrinin yaradılması;
- kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması;
- kiçik və orta həcmli müasir çörək zavodlarının yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-yə müraciət etmək olar. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17. e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti