...

Azərbaycan 2012-ci il üçün ÜDM-in həcminin proqnozunu artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2012 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Axundov/

2012-ci il üçün Azərbaycan dövlət və icmal büdcəsinin proqnozlaşdırılan parametrlərinin düzəlişləri ilin sonuna ÜDM-in səviyyəsi üzrə proqnozu 3,5 milyard manat yüksəltməyə imkan verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə Parlamentdə "2012-ci ilin dövlət büdcəsinə əlavə və dəyişiliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bununla da ÜDM-in həcmi 50 milyard manatı ötəcək", - Səmədzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti