...

Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 12:05 (UTC +04:00)
Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri açıqlanıb
Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri açıqlanıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Hazırda kənd təsərrüfatı məhsullarının becərilməsi, bitkilərə aqrotexniki qulluğun göstərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması və s. sahələrdə işlərin intensiv aparıldığı vaxtdır.

İqtisadi İnkişaf Nazirliyindən Trend-ə verilən məlumata görə, aqrotexniki xidmətlərə tələbatın artmasını nəzərə alaraq, "Aqrolizinq" ASC-nin qurumları vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri fermerlərin nəzərinə çatdırılır:

1 hektar sahədən taxıl biçini - 27 manat;
1 hektar yem bitkilərinin özüyeriyən otbiçənlə biçilməsi - 22 manat;
1 hektar yem bitkilərinin rotorlu otbiçənlə biçilməsi - 14 manat;
Otun, küləşin (1000 ədəd kipi bir gündə) preslənməsi - 100 manat;
1 hektar sahəyə dənli bitkilər toxumunun səpin işləri - 10 manat;
1 hektar şumun 22-27 sm dərinlikdə (orta müqavimətli torpaq)
aparılması - 25 manat;
1 hektar suvarılan və bərk torpaqda 27 sm-dən dərin şum işi - 27 manat;
1 hektar dəmyə və yumşaq torpaqda 22-32 sm dərinlikdə şum işi - 24 manat;
1 hektar sahənin rotasiyon mala ilə şumlanması - 16 manat;
Çalaqazanın bir gündəki iş norması (120 çala/gün) üçün - 60 manat;
Cərgələrarası becərmədə kultivasiya işləri - 10 manat;
1 hektar sahəyə qollu çiləyici ilə dərman çilənməsi - 10 manat;
1 hektar sahəyə ventilyatorlu çiləyici ilə dərman çilənməsi - 12 manat
1 hektar sahəyə çiyid (pambıq) əkini işləri - 12 manat;
1 hektar sahədən pambıq yığımı - 60 manat;
1 hektar sahədən çuğundur çıxarılması - 60 manat;
1 hektar sahəyə kartofun basdırılması - 50 manat;
1 hektar sahədən kartof çıxarılması - 40 manat.
1 hektar sahəyə diskli mala çəkilməsi - 8 manat;
Səpinqabağı hamarlama işləri - 7,5 manat;
1 hektar sahəyə mineral gübrə verilməsi - 8 manat;

Xəbər lenti

Xəbər lenti