...

Pirat disk satıcısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 18:13 (UTC +04:00)
Azərbaycanda pirat audiovizual məhsullar satıcısına maliyyə sanksiyası tətbiq edilib. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Pirat disk satıcısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanda pirat audiovizual məhsullar satıcısına maliyyə sanksiyası tətbiq edilib. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Amin Hümbətova məxsus mağazada pirat CD və DVD-nin aşkar edilməsi səbəbindən bu təsərrüfat subyekti barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı", - məlumatda deyilir.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Amin Hümbətova 1,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti