Azərbaycan, Bakı, 10 iyul /Trend/
Bu gün Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən bildirilib.
Fətəli Xan Xoyski küçəsində 500 mm diametrli polad siyirtmənin yerinin dəyişdirilməsi ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Vaqif prospekti, Ceyhun Hacıbəyli, Xan Şuşinski, Mirəli Qaşqay, Bakıxanov küçələrinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər tətbiq ediləcək.
Bununla yanaşı, Bakı şəhəri Yasamal rayonu ərazisində 800 mm diametrli polad borunun yerinin dəyişdirilməsi ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə gün ərzində içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.