...

Azərbaycanda 1100 kq-a yaxın keyfiyyətsiz ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 13:31 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Azərbaycanda 1100 kq-a yaxın keyfiyyətsiz ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bakının Səbail, Qaradağ, Binəqədi rayonlarında, Sumqayıt, Gəncə, Qax şəhərlərində, eləcə də Abşeron, Ucar, Göyçay və Hacıqabul rayonlarında aparılan növbəti yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 1100 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti