...

Bakıda istehlakçıları aldadanlara maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2012 17:22 (UTC +04:00)
Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 17 ünvanında Sadıq Sadıqova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halının müəyyənləşdirilməsi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bakıda istehlakçıları aldadanlara maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 17 ünvanında Sadıq Sadıqova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halının müəyyənləşdirilməsi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Sadıq Sadıqova 1,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Burcugül Kandırmaza məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halının müəyyənləşdirilməsi səbəbindən Dövlət Xidməti tərəfindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Burcugül Kandırmaza 329 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti