...

Herbert Kvelle: Azərbaycan Almaniyanın ən vacib xammal təchizatçıları arasında yeddinci yeri tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 20:20 (UTC +04:00)
Almaniya ilə Azərbaycan iqtisadi sahədə sıx əməkdaşlıq edir. Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Alman Birliyi Günü munasibətilə Bakıda keçirilən tədbirdə deyib.
Herbert Kvelle: Azərbaycan Almaniyanın ən vacib xammal təchizatçıları arasında yeddinci yeri tutur

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Almaniya ilə Azərbaycan iqtisadi sahədə sıx əməkdaşlıq edir. Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Alman Birliyi Günü munasibətilə Bakıda keçirilən tədbirdə deyib.

"Almaniya və Azərbaycan GIZ təşkilatı və KfW bankı vasitəsilə inkişaf naminə sıx əməkdaşlıq edirlər", - səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə Avropa Şurasına daxil olmaqla qərbə inteqrasiya yolunu seçib.

"Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması ilə bağlı danışıqlar aparılır. Bizim əməkdaşlığımız güclüdür. Ölkələrimiz arasında münasibətlər çox yaxşı inkişaf edir", - Kvelle deyib.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın ən vacib xammal təchizatçıları arasında yeddinci yeri tutur və Almaniya 2011-ci ildə Azərbaycana 830 milyon avro həcmində mal ixrac edib.

Kvelle bildirib ki, yaxın zamanlarda təsis olunacaq Almaniya-Azərbaycan Ticarət Palatası iqtisadi mübadiləyə daha güclü təkan verəcək.

Xəbər lenti

Xəbər lenti